Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sənətçilərimizdən 18+ görüntü ... - VİDEO

Sənətçilərimizdən 18+ görüntü ... - VİDEO

Tarix: 23 Noyabr 2022 12:25

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrının "Çıxış yoxdur!" fəlsəfi dramının növbəti tamaşası keçirilib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa məşhur fransız yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Jan-Pol Sartrın "Bağlı qapılar arxasında" əsəri (1944) əsasında hazırlanıb.

Tamaşada rolları Elşən Əskərov, Lalə Süleymanova və Səmayə Qulamova (Ağayarova) canlandırır. Gənc sənətçilər 18+ tamaşada performansları ilə yadda qalıblar. Əsərdə üç şəxsin zəncirvari şəhvət hissi xüsusi vurğulanıb. Tamaşadakı cəsarətli sevişmə səhnələri də diqqət çəkib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq üzrə rəssamı Binyamin Sailovdur.


Etiketlər:  Sənətçilərimizdən görüntü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ