Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2022 19:55
Rusiyalı müğənni MakSim pərəstişkarlarını yenidən təşvişə salıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki. onun Voloqdadakı konserti çıxışdan bir neçə saat əvvəl ləğv edilib.
Səbəb sənətçinin halının kəskin şəkildə pisləşməsidir.
Sənətçinin PR direktoru Yana Boquşevskaya bildirib ki, bu yaxınlarda Çerepovetsdəki çıxışından sonra müğənninin qan təzyiqi qalxıb və başı gicəllənib.
Həkimlər məşhurun növbəti konsert üçün sağalmasına kömək etməyə çalışsalar da, sonda ona səhnəyə çıxmaqdan imtina etməyi tövsiyə ediblər.
"MakSim ən ağır koviddən sonra hələ də çoxlu dərman qəbul edir",- deyə Boquşevskaya bildirib.