Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2022 08:12
ABŞ İrana yeni sanksiyalar tətbiq edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı ABŞ Maliyyə Nazirliyinə bağlı Xarici Aktivlərə Nəzarət Bürosu (OFAC) məlumat yayıb.
Bildirilib ki, İrandakı etirazları zorakılıqla yatırdıqlarına görə ABŞ 3 iranlı məmuru sanksiya siyahısına daxil edib.
"Son zamanlar kürd bölgələrindəki etirazları yatırmağa çalışan üç iranlı təhlükəsizlik işçisi sanksiya siyahısına salınıb",- deyə büro bildirib.
Qeyd edək ki, İranda Məhsa Əmininin ölümündən sonra İran təhlükəsizlik qüvvələri dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etməkdə davam edir.