Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NASA Günəşin “qaşqabaqlı” şəklini paylaşdı - FOTO

NASA Günəşin “qaşqabaqlı” şəklini paylaşdı - FOTO

Tarix: 24 Noyabr 2022 15:46

ABŞ Kosmik və Aviasiya Administrasiyasının (NASA) Günəş Dinamikası Rəsədxanası Günəşin yeni fotosunu dərc edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, fotoda Günəşin "qaşqabaqlı" olduğu bildirilib.

Belə ki, Günəş Dinamikası Rəsədxanası daha əvvəl Günəşin "gülümsədiyi" fotosunu paylaşmışdı. Yeni görüntülərdə isə Günəş "qaşqabağını tökdüyü" müşahidə olunur.

"Keçən ay yayımlanan gülərüz simadan sonra Günəşin indiki əhval-ruhiyyəsi... O, əsəbi və qaşqabaqlı görünür", - deyə Rəsədxananın "Twitter" hesabındakı paylaşımda qeyd edilib.

NASA-nın Günəş Dinamikası Rəsədxanası (SDO) 2010-cu ildən bəri Günəşi müşahidə edən NASA missiyası kimi tanınır.

Milli.Az


Etiketlər:  NASA Günəşin qaşqabaqlı şəklini paylaşdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ