Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa ölkələri Ukraynaya yardımı genişləndirəcək

Avropa ölkələri Ukraynaya yardımı genişləndirəcək

Tarix: 25 Noyabr 2022 21:54

Avropa ölkələri elektrik enerjisi sektorunda Ukraynaya yardımı genişləndirəcək.

Milli.Az "report"a istinadən bildirir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra mətbuata açıqlama verən AK rəsmisi qeyd edib ki, Aİ Rusiyanın Ukraynanın mülki infrastrukturunu qəsdən bombalamasına görə əziyyət çəkən Ukrayna xalqı həmrəydir:

"Biz elektrik enerjisinin verilməsini bərpa etməli və Ukraynaya təcili yardım göstərmək üçün tərəfdaşlarla işi gücləndirməliyik".

Hazırda Avropa Komissiyası Litvadan 200 transformator, Latviyadan avtotransformator və Rumıniyadan 40 güclü generatorun gətirilməsinə hazırlaşır.

Bundan əlavə, Avropa Komissiyası Polşada yeni enerji mərkəzinin yaradılması üzərində işləyir.

Milli.Az


Etiketlər:  Avropa ölkələri Ukraynaya yardımı genişləndirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ