Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda polislər vətəndaşları döydülər

Ermənistanda polislər vətəndaşları döydülər

Tarix: 26 Noyabr 2022 21:58

"Bu gün mənə Lori rayonundan siqnal gəldi ki, bir neçə vətəndaş patrul xidməti tərəfindən vəhşicəsinə döyülüb".

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə "Ermənistan" blokundan olan deputat Kristine Vardanyan feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, az öncə söhbət etdiyi vətəndaşın sözlərinə görə, insident patrul xidmətinin Nikol Paşinyanın karvanının yolunu təmizləməyə cəhd etməsindən sonra baş verib və bu zaman onunla danışmaq istəyən yaşlı kişi ilə mübahisə düşüb. Bundan sonra patrul xidməti əməkdaşlarının sayı artıb (ondan çox). Vətəndaşın sözlərinə görə, onlar dinc əhaliyə qarşı gözyaşardıcı qazdan istifadə edərək zorakılıq ediblər. Nəticədə iki vətəndaş, o cümlədən qocanın azyaşlı nəvəsi çoxsaylı bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.


Etiketlər:  Ermənistanda polislər vətəndaşları döydülər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ