Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadınların dərdi – Quru dəri

Qadınların dərdi – Quru dəri

Tarix: 29 Noyabr 2022 07:54

Quru dəriyə qulluq edən zaman onun nədən quru olduğunu aydınlaşdırmaq lazımdır. Əgər quruluq dəridə uşaqlıqdan əmələ gəlibsə, onda çatışmayan yağlılığın əvəzini süni surətdə bərpa eləmək lazımdır. Ona görə də quru dərinin təmizlənməsi böyük rol oynayır.
1. Quru dərisi olan adamlar səhər üzlərini yumamışdan əvvəl üz dərilərinə xama, bitki yağı sürtsələr dəriləri yumşalar.
2. Quru dərisi olanlar üzlərinə krem çəkməzdən əvvəl gərək dərilərini duzlu suya salınıb, sıxılmış pambıq tamponla silsələr yaxşı olar.
3. Gündəlik qulluqdan başqa quru dəriyə həftədə 2-3 dəfə bitki maskası qoymaq lazımdır. Bu prosedur üzün qan dövranını yaxşılaşması üçün vacibdir.
4. Sürtkəcdən keçirilmiş 1 xörək qaşığı giləmeyvəyə bir az un qatılıb üzə sürtülərsə quru dəri canlanar. Bu maska həftədə 3 gün, hər dəfə 20 dəqiqə müddətində təkrarlanır.
5. Çobanyastığı dəmləməsi üzün dərisini təmizləyir. Çobanyastığı dəmləməsi tənziflə isti halda üzə qoyularsa, dəridəki məsamələr açılır,dəri təmizlənir. Bu zaman dəriyə çəkilən yağlı krem üzü asanlıqla yumşaldır.
6. 1 xörək qaşığı badam ləpəsinin qabığını, 2 xörək qaşığı qaynar suda dəmləyib quru dəriyə hər gün çəkilərsə, dərinin quruluğu bir müddət sonra aradan qalxar.
7. Dəri çox qurudursa, 1 hissə qoyunqıran gülünü 2 hissə bitki yağında, 3 həftə saxlayıb üzü silmək lazımdır.
8. Yumurta sarısını 1 çay qaşığı bal, 1 çay qaşığı bitki yağı ilə qarışdırıb 15 - 20 dəqiqə üzdə saxlanılarsa, quru dəri yumşalar və elastikliyi artar.

Milli.Az


Etiketlər:  Qadınların dərdi Quru dəri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ