Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binədə evin qapısını sındırıb pul və qızıl apardılar

Binədə evin qapısını sındırıb pul və qızıl apardılar

Tarix: 7 Oktyabr 2019 17:48

Bakı. Trend:

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Mustafayev evindən oğurluq edildiyini bildirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Evdən qapının qıfılını sındırmaq yolu ilə 800 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Əlikram Şıxəliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Binədə evin qapısını sındırıb pul və qızıl apardılar Binədə evin qapısını sındırıb pul və qızıl apardılar Binədə evin qapısını sındırıb pul və qızıl apardılar Binədə evin qapısını sındırıb pul və qızıl apardılar


Etiketlər:  Binədə evin qapısını sındırıb qızıl apardılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ