Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qardaşını diri-diri yandırdı

Qardaşını diri-diri yandırdı

Tarix: 29 Noyabr 2022 17:20

Rusiyada, Penza vilayətində polis 39 yaşlı Çemodanovka kənd sakinini qardaşını öldürməkdə şübhəli bilərək saxlayıb.

Milli.Az bildirir ki, bu barədə REN TV məlumat yayıb.

Noyabrın 27-də günortadan sonra qohumlar Komsomolskaya küçəsindəki evə toplaşaraq ziyafət təşkil ediblər. Onların arasında spirtli içki qəbul edərkən münaqişə yaranıb. Mübahisə zamanı həmin şəxs bir litr yarımlıq benzin şüşəsini götürərək qardaşının üzərinə töküb, sonra isə onu yandırıb. O, aldığı yanıqlardan dünyasını dəyişib.

Şübhəli şəxs törətdiyi cinayəti etiraf edib. O, əvvəllər də cinayət məsuliyyətinə cəlb edilib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Qardaşını diri diri yandırdı


RƏYLƏR