Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərini öldürüb, meyiti parçalara ayırdı

Ərini öldürüb, meyiti parçalara ayırdı

Tarix: 30 Noyabr 2022 19:28

Hindistanda qadın oğlunun köməyi ilə onlardan zorla pul alan ərini öldürərək parçalayıb.

Milli.Az "Indian Express"ə istinadən bildirir ki, onlar qətlə yetirilən şəxsin bədən hissələrini şəhərin müxtəlif yerlərində gizlədiblər.

İyun ayında polis Pandav Nagar bölgəsində kəsilmiş baş və bir neçə bədən hissəsi tapıb. Polis meyitin şəxsiyyətini müəyyən edə bilməyib. Daha sonra müşahidə kameralarının qeydləri sayəsində hüquq-mühafizə orqanlarının əməkdaşları qətlə yetirilən şəxsin Anjana Das olduğunu müəyyən ediblər. Videolardan birində arvadı Punamın bədən üzvləri kimi görünən şeylərin olduğu çuval daşıdığı görülüb.

Araşdırma zamanı məlum olub ki, Das təxminən beş-altı ay əvvəl yoxa çıxıb, lakin yaxınları bu barədə polisə məlumat verməyib. Nəticədə öldürülən kişinin arvadı və onun yetkin oğlu Dipak şübhə altına düşüb.

Həbs edildikdən sonra Punam ikinci əri olan Dasa daha dözə bilməyəcəyini bildirib. O, Dipakla birlikdə onun spirtli içkisinə yuxu dərmanı qatıb, adamın huşunu itirməsini gözləyib və onlar kişinin boğazını kəsiblər. Bir gün sonra cəsədi on hissəyə bölüblər və növbəti bir neçə gün ərzində onlardan qurtulublar.

Punamın sözlərinə görə, o, ilk dəfə 13 yaşında evlənib, lakin birinci əri onu tərk edərək Dehliyə gedib. Onu axtarmaq üçün qadın şəhərə gəlib, lakin sonda Kallu adlı başqa bir kişi ilə tanış olub. Cütlüyün Dipak da daxil olmaqla üç övladı olub. Kallu daha sonra qaraciyər çatışmazlığı səbəbindən dünyasını dəyişib. 2017-ci ildə qadın Das ilə evlənib. Qadın onun artıq evli olduğunu və səkkiz övladı olduğunu bilməyib.

Dipak polisə bildirib ki, Das onun həyat yoldaşına qarşı nəsə planlaşdırıb. Punam da ərinin bacısına sataşdığını iddia edib. Həm ana, həm də oğul həmin şəxsin pul qazanmadığını, onlardan alınan pulla dolandığını vurğulayıblar.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Ərini öldürüb meyiti parçalara ayırdı


RƏYLƏR