Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2022 22:08
"Aliment alan qadınları çox uğurlu hesab edirəm. Bir qadın olaraq alimentsiz boşandığım üçün peşmanam. Uşaqsız aliment alan dostlarım da var. Bunun necə baş verdiyini anlamıram, halal olsun".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu sözləri tanınmış türk müğənni Gülben Ergen televiziya verilişlərinin birində deyib.
Bir dönəm sənətçi Mustafa Ərdoğanla ailəli olan Gülben Ergenin bu evlilikdən 3 övladı var. Verilişdə keçmiş həyat yoldaşından aliment alıb-almadığını soruşan aparıcıya müğənninin cavabı belə olub:
"Evliliyimiz sevgi üzərində qurulmuşdu. Sevgi bitəndə evlilik də bitdi. Biz pulun P hərfindən belə danışmadıq. İndiki aliment rəqəmləri məni çox təəccübləndirir. Uşaqlarımın atası məktəb pulunu ödəyir. Bu, aliment deyil, mənim əlimə dəyməyən puldur".