Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2019 10:18
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı 08 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, oktyabrın 8-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,8660 manat təşkil edir.
1 türk lirəsi 0,2911 manat, 1 rus rublu 0,0262 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5733 manatdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin