Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən bahalı şəhərləri seçildi

Dünyanın ən bahalı şəhərləri seçildi

Tarix: 3 Dekabr 2022 08:54

Böyük Britaniyanın "The Economist" jurnalı illik "Worldwide Cost of Living" ("Dünyada yaşayış dəyəri"​) hesabatını dərc edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, 172 şəhərin araşdırıldığı hesabatda şəhərlərdə kirayə qiymətləri, qida, içki və enerji xərcləri əsas götürülüb.

Dünyanın ən bahalı şəhərləri Nyu York və Sinqapur olub. Ötən ilin qalibi Təl-Əviv üçüncü yerə düşüb.

Araşdırmaya görə, bu il dünyanın böyük şəhərlərində yaşayış xərcləri orta hesabla 8,1 faiz artıb. Bu yüksəlişdə Ukraynadakı müharibə və koronavirus epidemiyasından sonra pisləşən təchizat zəncirinin böyük rol oynadığı bildirilib.


Etiketlər:  Dünyanın bahalı şəhərləri seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ