Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda bu ərazi narkomanların məkanına çevrilib - VİDEO

Bakıda bu ərazi narkomanların məkanına çevrilib - VİDEO

Tarix: 3 Dekabr 2022 15:26

Xəzər rayonu, Binə qəsəbəsində bir binaya bitişik yarımtikili narkomanların yuvasına çevrilib. İkimərtəbəli yarımtikilinin döşəməsi şprislərlə doludur. Sakinlər buradan keçərkən səksəkə içərisində olduqlarini bildirirlər. Onlar yarımtikilinin sökülərək yerində park salınmasınıistəyirlər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sögedən yarımtikili Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsi, bina 39-a bitişik yerləşir. 3 blokdan ibarət 5 mərtəbəli binada hazırda 30 ilə yaşayır. Yarımtikili də növbəti 3 bloklu bina kimi tikilirmiş ki, Abşeron rayon donuz əti istehsalı kompleksinin işçilərinə verilsin. Lakin sovet höküməti dağıldıqdan sonra onun da tikintisi dayandırılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, sözügedən ünvan dilənçilik və tüfeyli həyat tərzi sürən şəxslərin toplaşdığı yerdir. Mütəmadi olaraq ərazidə xidmət aparan naryad qrupları tərəfindən profilaktik tədbirlər keçirilir. Həmin ərazidə toplaşan şəxslərlə bağlı ərazi nəzarətə götürülməklə profilaktik tədbirlər artırılıb. Ərazidə müşahidə olunan neqativ halların aradan qaldırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bakıda bu ərazi narkomanların məkanına çevrilib VİDEO


RƏYLƏR