Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

General-polkovnik Aleksandr Fomin İrana getdi - Yeni PUA və raketlər üçün

General-polkovnik Aleksandr Fomin İrana getdi - Yeni PUA və raketlər üçün

Tarix: 4 Dekabr 2022 11:12

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin ilə Tehranda görüşüb. Tərəflər pilotsuz uçuş aparatlarının (PUA) və raketlərin yeni tədarüklərini müzakirə edə bilərlər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

İranın rəsmi dövlət mediasının verdiyi məlumata görə, onlar hərbi əməkdaşlığı müzakirə ediblər.

"Ola bilsin ki, onlar Ukraynada istifadə üçün İran PAU-larının və raketlərinin Rusiyaya satılmasını müzakirə ediblər. Məhəmməd Baqiri İranın müdafiə baş komandanıdır, hərbi siyasət və strateji rəhbərliyə cavabdehdir"- məlumatda vruğulanıb.

Xatırladaq ki, Rusiya hərbçiləri iki həftədən artıqdır ki, İranın pilotsuz uçuş aparatlarını Ukraynada istifadə etmir. Bu, PUA-ların ilk partiyasının artıq başa çatdığını göstərə bilər.

Milli.Az


Etiketlər:  General polkovnik Aleksandr Fomin İrana getdi Yeni PUA raketlər üçün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ