Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya bunu qəbul etməyəcək'' - Peskov

''Rusiya bunu qəbul etməyəcək'' - Peskov

Tarix: 4 Dekabr 2022 20:54

"Rusiya neftin qiymətinə qoyulan həddi qəbul etməyəcək".

Bunu Rusiya Prezident Aparatının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Xatırladaq ki, Avropa İttifaqı, "G7" ölkələri və Avstraliya Rusiya neftinin bir barelinin qiymətini 60 dollar məbləğində müəyyən ediblər.

D.Peskov ölkəsinin bu qərarla razı olmadığını və vəziyyətlə bağlı təcili təhlil aparıldıqdan sonra qərar veriləcəyini bildirib.

Rusiya hökuməti sədrinin müavini Aleksey Novak da məsələ ilə əlaqədar söyləyib ki, ölkəsi qiymət həddi müəyyən etmiş ölkələrə neft satmayacaq.


Etiketlər:  Rusiya bunu qəbul etməyəcək Peskov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ