Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2022 11:52
Naxçıvanda aparılan istlahatlar nəticəsində dövlət büdcəsinə daxil olan vəsaitin artması ilə bağlı gözləntilər var.
Sonxeber.net bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi deyib.
"Əvvəlcədən nəsə demək düzgün olmaz. Bununla bağlı daha ətraflı məlumat veriləcək", - deyə nazir əlavə edib.
Qeyd edək ki, noyabrın 28-də Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edilərək Baş İdarə yaradılıb.