Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İki həftəlik “buz dövrü”nə düşən şəxs ölü tapıldı - VİDEO

İki həftəlik “buz dövrü”nə düşən şəxs ölü tapıldı - VİDEO

Tarix: 7 Dekabr 2022 20:46

Qazaxıstanın Ekibastuz şəhəri iki həftə soyuqda qaldıqdan sonra bu gün yenidən istiliklə bağlı problemlə üzləşib: 30 dərəcə şaxta qeydə alınan şəhərin 15 evində istilik yenidən kəsilib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəzaların aradan qaldırılması üzrə qərargahın rəhbəri Roman Sklyarın sözlərinə görə, bu gün bir həftədən çox istiliksiz qalan dörd evə istilik veriləcək.

Qəribədir ki, günlərdir "buz dövrü" keçirən şəhərin istilik elektrik stansiyasının bölmə rəisi ölü tapılıb.

İlkin məlumata görə, 33 yaşlı Sergey Vidloq şəxsi avtomobilinin salonunda qazdan zəhərlənib.

Noyabrın sonunda Ekibastuz istiliksiz və işıqsız qalıb. İnsanlar donmağa başladığından səlahiyyətlilər təxliyə elan ediblər. Hazırda qəzanın fəsadları aradan qaldırılıb, insanlar öz evlərinə qayıdıblar.

Milli.Az


Etiketlər:  İki həftəlik buz dövrünə düşən şəxs ölü tapıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ