Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

272 kiloqramlıq qadın 165 kiloqram arıqladı və... - VİDEO

272 kiloqramlıq qadın 165 kiloqram arıqladı və... - VİDEO

Tarix: 8 Dekabr 2022 06:32

Amerikanın Kaliforniya ştatının Lonq-Biç şəhərinin 272 kiloluq sakini 165 kiloqram arıqlayıb və arıqladıqdan sonra solğun dərisini göstərib.

Sonxeber.net bildirir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Tereza Perent, piylənmənin həyatını təhlükə altına salmağa başladığı üçün arıqlamaq qərarına gəldiyini söyləyib. Arıqlamaq dörd il yarım çəkib. O, artıq dərini çıxarmaq üçün əməliyyatdan əvvəl bədəninin necə göründüyünü göstərən videonu TikTok-da izləyiciləri ilə paylaşıb. "Dörd gündən sonra mədəmdəki artıq dərini çıxarmaq üçün əməliyyat keçirəcəyəm. Görə bilərsiniz ki, dərim dizlərimə qədər sallanır", - amerikalı bildirib.

O, artıq dəriyə görə olduğundan daha böyük göründüyünü vurğulayıb. Həddindən artıq olan dəri səbəbiylə qadın ağrıdan əziyyət çəkib. Perent əməliyyatdan sonra həyatının yaxşılığa doğru dəyişəcəyinə ümid edib.

Şərhlərdə istifadəçilər Terezanı arıqlamaqda uğuruna görə tərifləyiblər. Şərhçilər bildiriblər ki, o, onları özlərinə daha yaxşı baxmağa ruhlandırıb. "Bu problemi çox zərif şəkildə həll edirsiniz. Bilin ki, 100 faiz sizinləyik", - deyə onlardan biri şərhlərdə yazıb. "Sən heyrətamizsən", - başqası yazıb. "Mən sizinlə fəxr edirəm və sizə görə xoşbəxtəm! Mən bunun çətin iş olduğunu bilirəm", - başqa bir istifadəçi yazıb.

İrfan Vəliyev


Etiketlər:  kiloqramlıq qadın kiloqram arıqladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ