Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2022 08:52
İraqın Silahlı Qüvvələri Kərkük şəhərində İŞİD terrorçularına qarşı genişmiqyaslı əməliyyata başlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Kərkük Polis İdarəsinin mətbuat katibi Amir Nuri məlumat verib.
O, əməliyyatın Havice ilçəsinin Kiçik Yorğun, Böyük Yorğun, Həmidiyyə və Məliha kəndlərində, həmçinin Hasa, Əl-Cənabi və Əl-Yorğun vadilərində təşkil edildiyini bildirib.
Nuri əməliyyatda Haşdi Şabi milislərinin də iştirak etdiyini əlavə edib.