Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2022 07:56
Ağ Ev Ukrayna ilə müharibədə istifadə etdiyi İran İHA-larının tədarükü və istifadəsində aparıcı rol oynayan, Rusiyada yerləşən 3 quruma sanksiya tətbiq etdiklərini açıqlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi açıqlama verib.
"İran PUA-larının alınmasında və istifadəsində aparıcı rol oynayan Rusiya mərkəzli 3 quruma sanksiya tətbiq edirik", - o bildirib.
Həmin qurumlar arasında Rusiya Aerokosmik Qüvvələrinin də olduğunu deyən Kirbi, Rusiya ilə İran arasında İHA-ların təhvil verilməsi ilə bağlı müqavilədə bu təşkilatın haqqı olduğunu vurğulayıb.