Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu il Türkiyə ordusu 4 min terrorçunu zərərsizləşdirib - Akar

Bu il Türkiyə ordusu 4 min terrorçunu zərərsizləşdirib - Akar

Tarix: 10 Dekabr 2022 08:20

Yanvarın 1-dən indiyədək 250 min insanın Türkiyəyə qeyri-qanuni yollarla daxil olması və ölkədən çıxmasının qarşısı alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. O əlavə edib ki, ölkə daxilində, Şimali İraq və Suriyada 2015-ci ildən bu günə qədər ümumilikdə 37 min, bu il ərzində isə 4 minə yaxın terrorçu zərərsizləşdirilib.

Nazir Akar Türkiyənin qonşu ölkələrdə apardığı hərbi əməliyyatlarının hədəfinin sadəcə terrorçular olduğunu da vurğulayıb.

Milli.Az


Etiketlər:  Bu il Türkiyə ordusu 4 min terrorçunu zərərsizləşdirib Akar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ