Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2022 14:48
"Dağlıq Qarabağ"da yaşayan soydaşlar öz mülki, siyasi, sosial, iqtisadi və mədəni hüquqlarını həyata keçirməkdə, öz hüquqlarını qorumaqda Rusiyanın dəstəyinə arxalanmaq hüququna malikdirlər.
Sonxeber.net xəbər verir ki, bu sözləri azərbaycanlıların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya ilə bağlı Qarabağdakı qondarma "rus icması"nın sədri Aleksandr Bordov deyib.
Bordov özünün təxribatçı çıxışında ölkəmizi 10 noyabr Üçtərəfli bəyanatını pozmaqda ittiham edib:
"Təəssüf ki, bizim ciddi problemlərimiz var və bu, ilk növbədə, müharibədən sonrakı reallıqlara aiddir. 10.11.2020-ci il tarixli Üçtərəfli atəşkəs sazişi vaxtaşırı kobud şəkildə pozulur".
Qeyd edək ki, Azərbaycanda Rus İcması rəsmən qeydiyyatdadır və aktiv də fəaliyyət göstərir. Bu icmanın rəhbəri Mixail Zabelin həm də millət vəkilidir.