Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artıq çəki təhlükəlidir

Artıq çəki təhlükəlidir

Tarix: 13 Dekabr 2022 21:45

Oksford Universitetinin alimləri qadınlarda süd vəziləri xərçənginin əmələ gəlmə faktorlarını araşdıraraq belə qərara gəldilər ki, bu xərçəngin əmələ gəlməsi hormonal pozğunluqlarla sıx əlaqəlidir.

Piylənmə zamanı qadın orqanizmində estroqen hormonun səviyyəsi 50%, testosteron hormonun səviyyəsi isə 16% normadan artıq olur. Beləliklə, hormonal balans kəskin pozulur və bu səbəbdən də süd vəziləri xərçənginin əmələ gəlmə təhlükəsi də xeyli artır.

Expertlərin fikrinə görə, ümumiyyətlə artıq çəki insanın sağlamlığına çox mənfi təsir edir. Bu səbəbdən də həkimlər insanlara çəkilərini normada saxlamağa tövsiyə edirlər.


Etiketlər:  Artıq çəki təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ