Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mişa azad edilsin, İvanişviliyə isə sanksiya..

Mişa azad edilsin, İvanişviliyə isə sanksiya..

Tarix: 15 Dekabr 2022 08:12

Avropa Parlamenti Gürcüstan-Avropa Birliyi Assosiasiyası Sazişinin həyata keçirilməsinə dair qətnamənin lehinə səs verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, 608 deputatdan 430-u qətnaməni dəstəkləyib, 52-si əleyhinə səs verib, 126-sı isə bitərəf qalıb.

Qətnamə Avropa Parlamentinin Estoniyadan olan deputatı, Avropa Sosialistləri və Demokratlarının Mütərəqqi Alyansının üzvü, Avropa Parlamentinin Gürcüstan üzrə məruzəçisi Sven Mikserin hesabatına əsasən hazırlanıb. Avropalı deputatlar Gürcüstanda demokratiyanın zəifləməsindən narahat olduqlarını bildirir və hökuməti Mixail Saakaşvilini azad etməyə çağırırlar. Avropa Şurasının qətnaməsində ilk dəfə olaraq "keçmiş baş nazir" deyil, "oliqarx" kimi qeyd olunan Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edilməsi xahiş olunur. Qətnamənin digər ünvançısı prezident Salome Zurabişvilidir. Ondan Mixail Saakaşvilini azad etmək üçün "konstitusiyanın verdiyi səlahiyyətdən istifadə etmək", həmçinin "Mtavari Arxi" telekanalının baş direktoru Nika Qvaramiyanı əfv etmək xahiş olunur.

Sənəddə Gürcüstanın hakimiyyət orqanlarına bir daha xatırladılır ki, yalnız Avropa Komissiyasının 12 prioritetini yerinə yetirdikdən sonra ölkə Avropa Birliyinə namizəd statusu ala biləcək.

Qeyd edək ki, dekabrın 13-də Strasburqda Avropa Parlamentində Gürcüstan və Avropa Birliyi arasında Assosiasiya Sazişinin icrası ilə bağlı debat keçirilib və həmin debatda avropalı deputatlar Gürcüstandakı daxili siyasi vəziyyətlə bağlı tənqidi bəyanatlarla çıxış ediblər.

Milli.Az


Etiketlər:  Mişa azad edilsin İvanişviliyə isə sanksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ