Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kosmetik məmulat mağazaları niyə ƏDV-ni geri QAYTARMIR? - ARAŞDIRMA

Kosmetik məmulat mağazaları niyə ƏDV-ni geri QAYTARMIR? - ARAŞDIRMA

Tarix: 15 Dekabr 2022 15:18

Artıq bir neçə ildir ki, müştərilər üçün Əlavə Dəyər Vergisini (ƏDV) geri almaq tətbiqi işləyir. Amma hələ də böyük dövriyyəsi olan bəzi ticarət şəbəkələr ƏDV ödəyicisi olmadıqlarını deyərək alıcılara müvafiq çek verməkdən imtina edirlər. 

Sonxeber.net xəbər verir ki, bizim.media əməkdaşının müşahidələri əsasında məlum olub ki, "28 may" metrostansiyası yaxınlığında yerləşən kosmetik məmulat mağazalarının demək olar ki, heç biri ƏDV-ni geri qaytarmır. Bəzilərində kassa aparatı olsa da, satıcılar nədənsə ƏDV qaytarmaqdan yayınır.

Yalnız alıcı israr edəndə ƏDV geri qaytarılır. Bu zaman həm dövlət qanunu, həm də istehlakçıların hüququ pozulmuş olur. Bu hal təkcə sözügedən ticarət şəbəkələrinə aid deyil, fərqli ərazilərdə yerləşən bir çox kosmetik mağazalarda da hökm sürür. 

Məsələ ilə bağlı danışan Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, bu, qeyri-qanuni hərəkətdir:

"ƏDV qəbzi verməli olan ticarət şəbəkələri ƏDV vermirsə, bu, birbaşa hökumətin istehlakçılara doğru yönəlmiş sosial siyasətinin sabotajıdır. Eyni zamanda hökumətin qanunlarının pozulmasıdır. İstehlakçılar ƏDV qəbzini tələb etməlidir. Mağaza ƏDV-dən yayınırsa, istehlakçı 195 əlaqə nömrəsi ilə İqtisadiyyat Nazirliyinə vergilər qanununun pozulması barədə məlumat verməlidirlər".

Qeyd edək ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilib. İstehlakçı alış-veriş zamanı çeki alır və sonra bu çeki sistemə daxil edərək ödədiyi ƏDV-nin bir hissəsini geri alır.


Etiketlər:  Kosmetik məmulat mağazaları niyə ƏDV geri QAYTARMIR ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ