Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Minaya düşərək şəhid olan baş gizir Zöhrab Hümbətov dəfn edildi - VİDEO

Minaya düşərək şəhid olan baş gizir Zöhrab Hümbətov dəfn edildi - VİDEO

Tarix: 15 Dekabr 2022 19:52

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətov dəfn olunub.

Milli.Az xəbər verir ki, şəhidin cənazəsi Aşağı Quşçu kənd qəbiristanlığında bu dəqiqələrdə torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub. Onun 3 övladı yadigar qalıb.

Milli.Az


Etiketlər:  Minaya düşərək şəhid olan baş gizir Zöhrab Hümbətov dəfn edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ