Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

10 generalı qovdum, biri özünü güllələdi - Zalujnı

10 generalı qovdum, biri özünü güllələdi - Zalujnı

Tarix: 15 Dekabr 2022 23:42

Genişmiqyaslı müharibə başlayandan bəri 10 generalı işdən qovdum, biri isə özünü güllələyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.

"Öz generallarıma güvənirəm. Müharibə başlayandan bəri onunu qovmuşam, çünki uyğun deyildilər. Biri özünü güllələdi. General Sırskiyə güvənirəm. Əgər o, mənə ikinci briqada lazım olduğunu deyirsə, deməli, həqiqətən də belədir. Əlbəttə, burada mən özümü hamıdan ağıllı hesab etmirəm. Meydanda olanları mütləq dinləməliyəm, çünki təşəbbüslər var", - deyə o bildirib.

Milli.Az


Etiketlər:  10 generalı qovdum biri özünü güllələdi Zalujnı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ