Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2022 12:04
Qırğızıstanın Joqorku Keneşinin (ölkə parlamenti) dünənki iclasında spiker Nurlanbek Şakiyev təbii sərvətlər və ekologiya naziri Dinara Kutmanovanı sərt məzəmmət edib.
Nazir duman haqda məlumatı rəsmi dildə bildirməməyə başladığına görə onu danlayıb.
"Sizə dövlət dilindən başqa dildə məlumat verməyə kim icazə verib?" - spiker soruşdu.
"Deputatlar, spiker" - nazir cavab verdi.
"Hansı deputat? Kim?" - Şakiyev dəqiqləşdirdi.
"Siz" - nazir söyləyib.
"Nə vaxt? Bu haqda ancaq indi eşidirəm. Burada qaydalar belədir, dövlət dilində hesabat vermək lazımdır. Heç soruşmayın", - deyə spiker bildirib.
"İcazə versəniz, davam edim" - Kutmanova cavab verdi.
"Dövlət dilində danışın" - Şakiyev bildirib.
"Qırğız dilində? Yaxşı" nazir söyləyib və Qırğızıstanın dövlət dilində hesabat verməyə başlayıb.