Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zehni fəaliyyət arıqladır

Zehni fəaliyyət arıqladır

Tarix: 17 Dekabr 2022 19:48

Laval universitetinin (Kanada) alimləri belə qərara gəldilər ki, intellektual iş, xüsusən kompüter arxasında, maddələr mübadiləsini sürətləndirərək çəkinin azalmasına kömək edir.

Lakin buna baxmayaraq ofis işçiləri tez-tez artıq çəkidən əziyyət çəkirlər. Bunun səbəbi nədir?

Məsələ ondadır ki, zehni fəaliyyəti zamanı orqanizmdə qlükozanın səviyyəsi kəskin aşağı enir. Bu ondan izah olunur ki, qlükoza insanın beyini üçün əsas enerji mənbəyidir.

Bu vəziyyətdən "qorxaraq" orqanizm qlükozanı bərpa etməyə çalışır və nəticədə insanın iştahası artır. Qlükozanı tez bir zamanda bərpa etmək üçün insanın orqanizmi daha çox şirin və kalorili qidaları tələb edir.

Bu zaman həddindən artıq yeməmək üçün həkimlər bir fincan şirin çayla kifayətlənməyə tövsiyyə edirlər. Bu qlükozanın səviyyəsini normaya qaytarmağa kifayyət edər.


Etiketlər:  Zehni fəaliyyət arıqladır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ