Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rafael Ağayev yenə qalib gəldi: çempionluq kəmərini qazandı - VİDEO

Rafael Ağayev yenə qalib gəldi: çempionluq kəmərini qazandı - VİDEO

Tarix: 18 Dekabr 2022 09:58

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat"da ağır çəkidə titul görüşünə çıxıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 37 yaşlı idmançı ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib.

Rəqibini məğlub edən Ağayev çempionluq kəmərini qazanıb.

Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən "Karate Combat"da mübarizə aparır.

Milli.Az


Etiketlər:  Rafael Ağayev yenə qalib gəldi çempionluq kəmərini qazandı VİDEO


RƏYLƏR