Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2022 21:56
Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe dünya çempionatlarında 11-ci qolunu vurub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, 24 yaşlı hücumçu bu göstəriciyə Qətərdəki mundialda Argentina yığması ilə keçirdikləri final matçında dubl etməklə çatıb.
O, qol sayına görə argentinalı Qabriel Batistuta və ingiltərəli Qari Linekeri geridə qoyub, almaniyalı Yurgen Klinsmana isə çatıb.
Qeyd edək ki, Argentina - Fransa oyununda əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Hazırda əlavə vaxt oynanılır və hesab dəyişməyib.