Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna FİFA və UEFA-dan xaric edilə bilər

Ukrayna FİFA və UEFA-dan xaric edilə bilər

Tarix: 19 Dekabr 2022 23:04

Ukrayna Futbol Assosiasiyası (UAF) FİFA və UEFA-dan xaric edilə bilər.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, buna ölkədə üçüncü tərəflərin qurumun işinə müdaxilə etməsi səbəb göstərilib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, hər iki təşkilat artıq bununla bağlı UAF-a xəbərdarlıq məktubu göndərib.

Assosiasiyanın vitse-prezidenti Oleq Protasov özünün sosial şəbəkə hesabında FİFA və UEFA-nın mümkün sanksiyalarını paylaşaraq, qurumun nüfuzlu təşkilatlardan çıxarıla biləcəyini xatırladıb. Ukrayna mətbuatının iddiasına görə, iclasda qurumun hazırkı prezidenti Andrey Pavelkonun istefaya göndərilməsi və onun yerinə Andrey Şevçenkonun təyinatına səs verilməsi planlaşdırılır.

Xatırladaq ki, Pavelko bu ilin noyabrında maliyyə fırıldaqçılığında şübhəli bilinərək həbs edilib.


Etiketlər:  Ukrayna FİFA UEFA xaric edilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ