Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artistləri rəngarəng konsert proqramı ilə çıxış edəcəklər

Xalq artistləri rəngarəng konsert proqramı ilə çıxış edəcəklər

Tarix: 20 Dekabr 2022 14:06

Dekabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Bakı Kamera Orkestrinin konserti keçiriləcək.

Gecədə Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Respublikasının Xalq artisti Murad Adıgözəlzadə rəngarəng konsert proqramı ilə çıxış edəcəklər.

Konsertdə İ.S.Bax - İki piano və orkestr üçün Konsert C-dur, Y.Haydn - Piano və orkestr üçün Konsert D-dur, op.21 №11, V.Mustafazadə - Piano və orkestr üçün Konsert, S.Raxmaninov - İki piano və orkestr üçün Süita, op.17 №2 (II.Vals, III.Romans, IV.Tarantella)  dinləyicilərə təqdim olunacaq.

Milli.Az


Etiketlər:  Xalq artistləri rəngarəng konsert proqramı ilə çıxış edəcəklər


RƏYLƏR