Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

70 milyona ev aldılar - FOTO

70 milyona ev aldılar - FOTO

Tarix: 21 Dekabr 2022 14:54

Ellen DiCeneres ilini daşınmaz əmlak rekordu qıraraq başa vurur.

Milli.Az olay-a istinadən xəbər verir ki, keçmiş aparıcı və həyat yoldaşı Portia de Rossi Santa Barbara qraflığında yerləşən okean sahilindəki Karpinteria şəhərində 70 milyon dollara bir mülk alıblar.

Bununla da, Ellen və Portia Santa Barbarada ən bahalı yaşayış müqaviləsi rekordunu qırıblar. Dirt.com-un məlumatına görə, əvvəlki rekord iki il əvvəl milyarder Rayli Bektelin 63 milyon dollarlıq əmlak alması ilə qeydə alınıb.

Ellenə məxsus yeni mülk əslində iki hissədən - 41,7 milyon dollara alınmış 9066 kvadrat metrlik malikanə və 28,2 milyon dollara alınmış ümumilikdə 10 hektardan çox torpaq sahəsi ibarətdir.

Qeyd edək ki, cütlük 2008-ci ildə ailə qurub.

Milli.Az


Etiketlər:  milyona aldılar FOTO


RƏYLƏR