Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Gözlənilməz təklif oldu" - Zaur Həşimov

Tarix: 9 Oktyabr 2019 18:16

“Zirə”nin yeni baş məşqçisi Zaur Həşimov təyinatını şərh edib.

Qol.az-ın məlumatına görə, o, klubun saytına açıqlamasında bununla bağlı deyib:

“Mənim üçün bir az gözlənilməz, amma xoş bir təklif oldu. Əvvələr də “Zirə”də çalışmışam. Bu klub mənim üçün doğmadı. “Zirə”də çalışanları da tanıyıram, bura mənə yad deyil. Çalışacam mənə tapşılıran işi uğurla yerinə yetirim. Köməkçilərimdən yalnız qapıçıların hazırlığı üzrə məşqçi Anar Niftəliyevin adı məlumdu. Digərlərinin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək”.

 


Etiketlər:  Gözlənilməz təklif oldu Zaur Həşimov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ