Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pərviz Şahbazov Rusiyanın Azərbaycanda AES tikmək təklifini şərh edib

Pərviz Şahbazov Rusiyanın Azərbaycanda AES tikmək təklifini şərh edib

Tarix: 9 Oktyabr 2019 18:18

Bakı. Mirseyid İbrahimzadə - Trend:

Azərbaycanda atom elektrik stansiyasının (AES) tikilməsi barədə Rusiyanın təklifi nəzərdən keçirilir, amma bununla bağlı konkret bir şey demək hələlik mümkün deyil.

Trend-in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Qazaxıstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 16-cı iclasında çıxış edərkən deyib.

Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşündən sonra “Rosatom” şirkətinin baş direktoru Aleksey Lixaçov Rusiyanın Azərbaycana AES tikməyi təklif etdiyini demişdi. O əlavə etmişdi ki, Rusiya Azərbaycanda güclü stansiya tikməyi təklif edir.


Etiketlər:  Pərviz Şahbazov Rusiyanın Azərbaycanda AES tikmək təklifini şərh edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ