Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qocalmanı ləngidən 5 SINANMIŞ ÜSUL

Qocalmanı ləngidən  5 SINANMIŞ ÜSUL

Tarix: 22 Dekabr 2022 23:33

Alimlər sübut edir ki, bəzi çox sadə vərdişlər qocalma proseslərini ləngidə, insanı daha sağlam və gümrah edə bilər.

İdman. Saglamolun.az JAMA Internal Medicine jurnalına istinadla bildirir ki, mütəxəssislərin müşahidələrinə görə, müntəzəm olaraq idmanla məşğul olan insanların orqanizmi idmanla məşğul olmayanlarla müqayisədə bioloji olaraq 30 ilə qədər daha cavan qalır. İdman həm bədəni, həm də beyini cavanlaşdırır, beyinin əsas funksiyalarını xeyli yaxşılaşdırır.

Alimlər hər gün ən azı 10 dəqiqə ərzində idmanla məşğul olmağı (qaçış, sadə fiziki hərəkətlər, bədən tərbiyəsi) tövsiyə edirlər.

İltihabın azaldılması. Xroniki xəstəliklərin 90% iltibla bağlıdır. İltihabı azaltmaq üçün insanlar düzgün qidalanmalı, artıq çəki yığmamalı, normal yatmalı və streslərdə uzaq olmalıdırlar.

Qidalanma. Şəkər və şirin içkilərin minimuma azaldılması, qidalanmada meyvə və xüsusilə də tərəvəzlərin, göyərtilərin, tamdənli bitkilərin artırılması insanı daha sağlam və cavan edir. Şəkər qocalmanın əsas səbəblərindən biri sayılır.

Streslərdən uzaq olmaq. Amerika kardioloji assosiasiyasının mütəxəssisləri qeyd edirlər ki, xroniki stress ürək xəstəlikləri, insult və 2-ci tip şəkərli diabetin riskini bir neçə dəfə artırır. Mütəxəssislər sübut edir ki, stresləri azaltmaq üçün ən sadə və effektli üsul sosial şəbəkələrdə az vaxt keçirmək, xəbərləri oxumamaqdır.

Normal bədən çəkisi. Piylənmə bir çox insan həyatını qısaldan xəstəliklərin inkişafına təkan verir.

JAMA Network Open jurnalında dərc olunmuş məqalədə qeyd olunur ki, mütəxəssislərin müşahidələrinə görə, normal bədən çəkisi olan insanlar daha gec qocalır. Piylənmə damarların vəziyyətinə mənfi təsir edir ki, beyinin qanla təmin olunması zəifləyir, beyinin funksiyaları pozulur.

Məhz bu səbəbdən artıq çəkisi olan insanlar demensiyadan daha tez-tez əziyyət çəkirlər.

Milli.Az


Etiketlər:  Qocalmanı ləngidən SINANMIŞ ÜSUL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ