Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2022 10:40
Ağdaşda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, hadisə rayonun Yuxarı Ləki kəndində qeydə alınıb.
Rayon sakini Teymur Hacıyevin idarə etdiyi "VAZ-21011" və Musa Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, eləcə də iki sərnişini - 2002-ci il təvəllüdlü Elmin Kazımov və 2005-ci il təvəllüdlü E.Əsgərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.