Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Son sutkada Rusiyanın 9 PUA-sı vurulub” - Ukrayna Baş Qərargahı

“Son sutkada Rusiyanın 9 PUA-sı vurulub” - Ukrayna Baş Qərargahı

Tarix: 24 Dekabr 2022 12:08

"Son sutkada Rusiyanın 9 PUA-sı vurulub".

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.

Bildirilib ki, qarşı tərəf itkilər verməkdə davam edir:

"Düşmənin 70-dən çox hərbçisi yaralanıb. Məhv edilənlərin sayı dəqiqləşdirilir. Ukrayna aviasiyası gün ərzində şəxsi heyətin cəmləşdiyi ərazilərə və zenit-raket komplekslərinə 13 zərbə endirib".

Həmçinin bildirilib ki, Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri 2 idarəetmə məntəqəsini, 2 sursat anbarını və Rusiya Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi 11 ərazini vurub.

Milli.Az


Etiketlər:  Son sutkada Rusiyanın 9 PUA vurulub Ukrayna Baş Qərargahı


RƏYLƏR