Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı kosmonavtlar zədəli gəmi ucbatından kosmik stansiyada qalıblar

Rusiyalı kosmonavtlar zədəli gəmi ucbatından kosmik stansiyada qalıblar

Tarix: 24 Dekabr 2022 18:32

Rusiyanın "Roskosmos" şirkəti "Soyuz MS-22" kosmik gəmisinin zədə alması səbəbindən kosmik stansiyada qalan astronavtların təxliyəsi planını nəzərdən keçirir.

Hələ ötən həftə "Soyuz MS-22"dən soyuducu mayenin sızması baş vermiş və bu da bir sıra nasazlıqlara səbəb olmuşdu.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, indiyədək qəzanın dəqiq səbəbləri bilinməsə də, meteoritlə toqquşma əsas fərziyyə kimi irəli sürülür.

Xatırladaq ki, 2022-ci il dekabrın 15-də iki rus astronavtı açıq kosmosa çıxmağa hazırlaşdığı zaman beynəlxalq kosmik stansiyaya qoşulmuş kosmik gəmidə dəlik olduğu aşkarlanmışdı. Stansiyadan qar dənəciklərinə bənzər hissəciklərin ayrıldığı müşahidə olunmuşdu. Soyutma sisteminin zədələndiyi və soyuducu mayenin sızdığı ortaya çıxmışdı.

"Roskomos" və NASA nümayəndələri qəzanın kosmik stansiyanın fəaliyyəti və orada olan astronavtlar üçün təhlükə yaratmadığını desələr də, gəminin daxilində temperaturun əhəmiyyətli dərəcədə artdığı məlum olub. Bu da gəminin fəaliyyətinin dayanmasına səbəb ola bilər. Bu gəmi isə astronavtlar üçün nəqliyyat vasitəsidir və gələn ilin martında onlar bu gəmi ilə Yerə qayıtmalı idilər.

"Roskosmos"dan verilən məlumata görə, hazırda astronavtların beynəlxalq kosmik stansiyadan xilas edilməsi variantları nəzərdən keçirilir.

Hələlik yekun qərar verilməyib. Lakin əsasən iki variant nəzərdən keçirilir. Başqa bir "Soyuz" kosmik gəmisi orbitə çıxarıla bilər ki, bunun başvermə ehtimalı daha yüksəkdir. Ya da astronavtlar evlərinə zədəli gəmidə qayıdacaqlar, amma bu variant daha az ehtimal olunandır.  


Etiketlər:  Rusiyalı kosmonavtlar zədəli gəmi ucbatından kosmik stansiyada qalıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ