Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2022 21:00
Böyük Britaniya kralı III Çarlz kiçik qardaşı Şahzadə Endryunu Bukingem sarayından qovub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb hüquq müdafiəçisi Virciniya Cuffrenin Endryu tərəfindən cinsi istismara məruz qalması iddialarıdır.
Böyük Britaniya kralının sözlərinə görə, Şahzadə krallıq öhdəliklərini yerinə yetirmir. Ona görə də artıq sarayda qala bilməz.
Qeyd edək ki, Şahzadə Endryu Milad bayramını kral ailəsinin digər üzvləri ilə Sandringem sarayında qeyd etməyi planlaşdırır. Şənlikdə onun keçmiş həyat yoldaşı Sara Ferqyusonun, həmçinin qızları Beatris və Eujeniya, onların ərləri və uşaqlarının da iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, hüquq müdafiəçisi Virciniya Cuffre kral ailəsinin üzvünü məhkəməyə verərək onu cinsi təcavüzdə ittiham edib. II Elizabetin oğlu ona 12 milyon avro təzminat ödəyib. Belə ki, Şahzadə Endryu 2020-ci ildə yetkinlik yaşına çatmayanlara cinsi zorakılıq etməkdə ittiham olunan Cefri Epşteyn ilə yaxın münasibəti ictimailəşdikdən sonra krallıq titullarından məhrum edilib.