Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Əvvəl mənə 5 min vermək istəyirdilər" - Qardaşı ilə qalmaqal yaşayan aktrisa Sonaxanım

“Əvvəl mənə 5 min vermək istəyirdilər

Tarix: 25 Dekabr 2022 02:40

"Hamı bilir ki, qardaşmla məhkəmə söhbətim həftələrdir ki, "Təsir dairəsi" verilişində müzakirə olunur. Onlar qardaşımı da verilişə dəvət etmişdilər. Lalə xanım sağ olsun verilişdən çıxandan sonra qardaşımgilə gedib. O izah edib ki, bu gün ən çətin durumda olan Sonadır  və ona güzəştə getmək lazımdır. Onlar keçmişdən danışmaq istəyəndə Lalə xanım qoymayıb və deyib ki, gələcəkdən danışın. Beləliklə qardaşımla razılığa gəlib".

Milli.Az xəbər verir ki, buunu moderator.az-a açıqlamasında qardaşı ilə qalmaqal yaşayan aktrisa Sonaxanım Əliyeva deyib. O daha sonra bildirib ki, razılığa bu şərtlər əsasında gəliblər. 

"Əvvəl mənə 5 min vermək istəyirdilər. Məhkəməyə müraciət etsəydim ala biləcəyim maksimal məbləğ 12 min olacaqdı. Lalə xanım deyib ki, 5 min Sonaxanıma, 5 min də qızı Nərgizə verin. Beləliklə bizə anamın satılan evinin pulundan 10 min manat verəcəklər. Lalə xanıma sonsuz təşəkkürlər edirəm. O bu məsələnin həllində mənə yaxından kömək etdi. Mən bu yaşıma çatmışam, heç vaxt özüm üçün yaşamamışam. Bir gün belə olsun. Hələ ki, məsələ Lalə xanımın dediyi kimidir. Gedişatda hər şey aydın olacaq" - deyə aktrisa bildirib.

"Bundan sonra qardaşınızla aranızda barışıq olacaqmı?" sualına isə aktrisa belə cavab verib.

"İnanmıram ki, aramızda barışıq olsun. Bu qədər pislikləri kimsə unuda bilməz. Çünki xəyanət edən bir də edər, aldanan ikinci dəfə də aldanar. İnsana zərbə vuran insanŞ bir də vurar. Ona görə də deyirlər ki, "Allahım məni dostlarımdan qoru, düşmənlərimdən özüm də qorunaram". Mən hesab edirəm ki, düşmənlərim yoxdur. Çalışmıram ki, kimsə ilə düşmənçilik edim. Bəlkə kimsə dost adıyla düşmənçilik edirsə, Allah hər kəsi o cür insanlardan qorusun. Amma heç vaxt heç vaxt demək lazım deyil. Hər şeyi yenə də zaman göstərər. Allah hər şeyi bizdən daha yaxşı bilir" - deyə aktrisa bildirib.

Milli.Az


Etiketlər:  Əvvəl mənə 5 min vermək istəyirdilər Qardaşı ilə qalmaqal yaşayan aktrisa Sonaxanım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ