Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya "Patriot"ları "Şahid"lərlə vura bilsə... - Forbes

Rusiya

Tarix: 26 Dekabr 2022 12:12

Amerikanın "Patriot" hava hücumundan müdafiə sisteminin Ukraynada mümkün məhvi Rusiya Prezidenti Vladimir Putin üçün siyasi əhəmiyyət kəsb edəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

"Putinin himayədarı Tehran Ukrayna "Patriot"una belə bir hücumu alqışlayardı, çünki bu, onun texnologiyasının ABŞ-da hazırlanmış ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən birini zərərsizləşdirməsi olacaq. İran ordusunun Rusiyaya kömək etməsi təəccüblü deyil. Rusiya Ukrayna "Patriot"unu məhv etmək üçün "Şahid" və raketlərlə hücum edə bilər. Beləliklə, Kreml açıq şəkildə bildirəcək ki, ABŞ və müttəfiqlərinin Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək cəhdlərinə baxmayaraq, onun hücumlarını dayandırmaq mümkün deyil", - təhlildə bildirilib.

Milli.Az


Etiketlər:  Rusiya Patriotları Şahidlərlə vura bilsə Forbes


RƏYLƏR