Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanın yeni rəhbəri: Kefə görə tətbiq edilən qadağalar... - VİDEO

Naxçıvanın yeni rəhbəri: Kefə görə tətbiq edilən qadağalar... - VİDEO

Tarix: 27 Dekabr 2022 13:32

Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq.

Sonxeber.net xəbər verir ki, bu sözləri Naxçıvana yeni təyin edilmiş Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli Real TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır:

"Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır".

Xüsusi nümayəndə bildirib ki, Ali Məclis öz fəaliyyətini davam etdirəcək: "Məclis qanunverici orqan, Xüsusi nümayəndəlik isə icra orqanı kimi fəaliyyət göstərəcək".

Daha ətraflı aşağıdakı linkdə:


Etiketlər:  Naxçıvanın yeni rəhbəri Kefə görə tətbiq edilən qadağalar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ