Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

4 yaşlı uşağı tualetdə boğdu, meyitini döşəmənin altında gizlətdi

4 yaşlı uşağı tualetdə boğdu, meyitini döşəmənin altında gizlətdi

Tarix: 27 Dekabr 2022 17:58

ABŞ-da Arkanzas ştatından olan bir kişi birlikdə yaşadığı qadının dörd yaşlı oğlunu tualetdə boğub və qadının köməyi ilə meyiti döşəmənin altında gizlədib.

Milli.Az bildirir ki, bu barədə NBC News xəbər verib.

33 yaşlı Natan Bridjes və 28 yaşlı Eşli Rolland dekabrın 16-da nəzarətə götürülüb. Buna səbəb qadının keçmiş ərinin anasının şikayəti olub. O, bildirib ki, bir gün əvvəl ona növbəti dəfə nəvəsi ilə görüşə icazə verilməyib. Bu zaman oğlanın azyaşlı bacısı başında cızıqlar və yanıq izləri ilə evdən çıxıb. Qız çox arıq olub və paltarı çirkab sularına bulaşıb. Nənəsini görəndə ilk işi ondan yeyib-içmək istəməsi olub. Qadın nəvəsini xəstəxanaya aparıb və dərhal polisə müraciət edib.

Şerif ofisi Bridjesin oğlunu sentyabrın 9-da öldürdüyünü öyrənə bilib. Kişi 4 yaşlı oğlanı dişlədiyinə görə cəza olaraq başını tualetə salıb və boğulana qədər suyun altında saxlayıb. Eşli Rolland dindirmə zamanı bildirib ki, qətl zamanı evin otaqlarından birində olub və o, tualetə qaçanda uşaq "çətinliklə nəfəs alırdı". Bundan sonra, Bridjes taxta döşəmədə deşik açıb, çuxur qazıb və uşağı basdırıb, sonra da üstünə yeni döşəmə taxtaları qoyub.

İstintaq müəyyən edib ki, Bridjes birlikdə yaşayan qadının qızına "pis davranışa görə" işgəncə verib. Xüsusən də, qızın bədənində yanıqlar onun hansısa davranışına görə cəza olaraq qaynar su üzərində saxlanması səbəbindən yaranıb.

Natan Bridjes və Eşli Rolland qətl, yalançı ifadələr, fiziki sübutların saxtalaşdırılması və uşaqlara qarşı zorakılıqda ittiham olunub. Onlar müxtəlif həbsxanalarda saxlanılıb. Məhkəmə tezliklə başlamalıdır.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  4 yaşlı uşağı tualetdə boğdu meyitini döşəmənin altında gizlətdi


RƏYLƏR