Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zeynəb: “Ərim sosial şəbəkədən istifadə etsə, özümü öldürərəm” - VİDEO

Zeynəb: “Ərim sosial şəbəkədən istifadə etsə, özümü öldürərəm” - VİDEO

Tarix: 27 Dekabr 2022 18:15

"Əvvəllər xanımlar bu qədər qısqanc deyildilər. Demək olar ki, qısqanclıq az idi. Bəlkə də xanımlar qısqanclığı bu qədər büruzə vermirdilər. İndiki qızlar çox qısqancdırlar".  

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.

Sənətçi gələcək həyat yoldaşının sosial şəbəkədə hesabının olmasını istəmədiyini bildirib:

"İstəməzdim gələcək həyat yoldaşım sosial şəbəkələrdən istifadə etsin. Onu heç kimlə paylaşa bilmərəm. Özümü öldürərəm. Sosial şəbəkə olmasa, onun da, mənim də başım sakit olar. Sosial şəbəkədə hesabım var.

Daxil olub, baxsın oxusun. Nə var ki? Kimlər yazışıram ki? İşimlə bağlı şəkillərimi paylaşıram. Əgər gələcək həyat yoldaşımın sosial şəbəkədə hesabı olmasa, öz səhifəmin şifrəsini verərəm. Onun da adını səhifəmə əlavə edərəm, birlikdə istifadə edərik".


Etiketlər:  Zeynəb Ərim sosial şəbəkədən istifadə etsə özümü öldürərəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ