Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Cinlərə'' görə üç uşağını öldürən qadın necə cəzalanacaq?

''Cinlərə'' görə üç uşağını öldürən qadın necə cəzalanacaq?

Tarix: 28 Dekabr 2022 22:06

Rusiyada, beş aylıq qızını və 10 və 15 yaşlı iki oğlunu "cinlər ucbatından" boğan Yekaterinburq sakinini 20 ilə qədər həbs cəzası gözləyir.

Sonxeber.net bildirir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

37 yaşlı Anastasiya Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (İki və ya daha çox yetkinlik yaşına çatmayan şəxsi, köməksiz vəziyyətdə öldürmə) ilə ittiham edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə şəraitini və səbəblərini müəyyənləşdirirlər. İstintaq təqsirləndirilən şəxsin həbsdə saxlanması barədə vəsatətlə məhkəməyə müraciət etmək niyyətindədir.

Dekabrın 26-da Yekaterinburq sakininin üç uşağı qətlə yetirməsi məlum olub. İlkin məlumata görə, qadın onları xalatdan olan kəmərlə boğub. Ailə bu yaxınlarda Kaluqadan Yekaterinburqa köçüb və normal sayılıb. Təqsirləndirilən şəxsin atası bildirib ki, o, ər-arvaddan psixiatra müraciət etməyi xahiş edib.

İrfan Vəliyev


Etiketlər:  Cinlərə görə üç uşağını öldürən qadın necə cəzalanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ