Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2022 11:00
Səbail Bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi başlanılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Hüseynov Əhməd Həsən oğlu barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə Səbail Bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş kimi tanınıb.
İş üzrə zərərin 1 milyon manatdan çox olduğu bildirilir.
Hazırda cinayət işi istintaq başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Məhəmməd Əkbərovun icraatına verilib.
Qeyd edək ki, Əhməd Hüseynov uzun müddət Səbail Bələdiyyəsinin sədri olub.