Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fikrət Əmirovun 100 illik yubiliyinə həsr olunmuş Kamera musiqisi axşamı keçirilib

Fikrət Əmirovun 100 illik yubiliyinə həsr olunmuş Kamera musiqisi axşamı keçirilib

Tarix: 30 Dekabr 2022 15:03

Kamera və Orqan Musiqisi zalının səhnəsində Fikrət Əmirovun 100  illik yubiliyinə həsr olunmuş Kamera musiqisi axşamı keçirilib.

Konsertdə Prezident təqaüdçüsü Vurğun Vəkilov (piano), Respublika və beynəlxalq müsabiqələr laureatları Ümidə Abbasova (violin), İslama Abdullayeva (soprano), Rauf Abıyev (violin), Humay Hacızadə (viola),  Elgün Babayev (kontrabas), Vaqif Qurbanov (violonçel) öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Fikrət Əmirovun 2 ekspromt,  "12 miniatür" albomundan "Aşıqsayağı" və "Noktürn" , "Uşaq albomundan""Vals"  və  "Elegiya" , "Gülərəm - gülsən" , "Mən səni araram", "Küçələrə su səpmişəm" , "Evləri var xana-xana", "Muğam poema", "Elegiya" , "Ballada", "Sevgi rəqsi", "Nizami" simfoniyası səslənib.
Konsert proqramı dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Milli.Az


Etiketlər:  Fikrət Əmirovun 100 illik yubiliyinə həsr olunmuş Kamera musiqisi axşamı keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ